Az danış, desinlər sözündə güc var,
Çox sözü dinləyən çox nöqsan tutar.
Çox söyləmək bəlkə sənə asandır,
“Çox oldu” desələr böyük nöqsandır.
Yaşa ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən.
Yaxşı adamların göz yum eybinə,
Yaxşı şey öyrətməz yaman göz sənə.
Hər şeyi özünçün əkmək nə yarar?
Dünyada hesabsız ruzi yeyən var!
Köçənlər bir çox şey əkmişdir bizə,
Biz də əkməliyik gənc nəslimizə.
Belə misal çəkmiş aqil bir insan:
“Qurd girməz sürüyə yatmasa çoban”.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
İnsana arxadır onun kəlamı,
Ağlıdır hər kəsin dövləti, malı.
Dolaşıb dağı, daşı,
Qatırım ol, yük daşı.
Əyil Kürüm, əyil, keç!
Meydan sənin deyil, keç!
Şairə ilhamdan maya gərəkdir!
Anasız çocuğa daya gərəkdir!
"Şairəm" - söyləyir yerindən duran,
İnsanın üzündə həya gərəkdir!
Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.
Dünya duracaq yer deyil, ey can, səfər eylə!..
Bivəfadır çün bu dünya, kimdən istərsən vəfa?!
Bivəfa aləmdə sən yari-vəfadar istəmə!
Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın.
Olmasaydı dünyada sarsaqlar,
Yəqin ki, ac qalardı yaltaqlar!
Kim ki, insanı sevər, — aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur!
Demə bu kafər, ol müsəlmandır
Hər kimin elmi var, o insandır.
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz...
Kişi bir sənəti bilər xalis,
Çoxuna meyl edən qalar naqis.
Bir dövrdəyəm ki, nəzm olub xar,
Əşar bulub kəsadi - əsar.