Reklam
Reklam
  • Mən yanmasam,

                            sən yanmasan,

                                        biz yanmasaq,

    Necə çıxar qaranlıqlar aydınlığa?!

  • Heç əlinə alma əsa,
    Yetmişində batma yasa,
    Hər kim yüz il yaşamasa
    Günah onun özündədir.

  • Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,

    El qədrini canından daha əziz bilənlər.

    Şirin bir xatirətək qalacaqdır dünyada,

    Sevərək yaşayanlar, sevilərək ölənlər...

  • Bir də görürsən ki, açılan solur, 
    Düşünən bir beyin bir torpaq olur. 
    Bir yandan boşalır, bir yandan dolur, 
    Sirrini verməyir sirdaşa dünya.

  • Kimin qızıldadır gücü, yəqin bil,

    O, quldur, qızılın sahibi deyil.

  • Çox möhnətin sonu bir gün səadətdir bu dünyada.

    Qış gedər bahar gələr, bir adətdir bu dünyada.

  • Qüvvət elmdədir, başqa cür heç kəs,

    Heç kəsə üstünlük eyləyə bilməz.

    Hər uca rütbədən biliniz, fəqət,

    Alimin rütbəsi ucadır əlbət.

  • Eh, bu gün nə qədər xəyala daldım,
    Eh, qəlbim nə qədər alışdı, dindi.
    Sən mənim qədrimi biləsən deyə,
    Bu cavan yaşımda ölümmü indi?

  • Vaxtın dəyirmanında daş əridi, qum oldu,

    Tarixə atdığımız qayıtdı, lüzum oldu.

    Dünənin həqiqəti bu gün tərs yozum oldu,

    Niyə də yozulmasın, axı, dünya fırlanır.

  • Vətən mənə oğul desə nə dərdim,

    Mamır olub qayasında bitərdim.

  • Azərbaycan – mayası nur,

                                             qayəsi nur ki,  

    Hər daşından alov dilli ox ola bilər.

    “Azərbaycan!” deyiləndə ayağa dur ki,

    Füzulinin ürəyinə toxuna bilər.

  • Bülbüli-ğəmzədəyəm, bağü bəharım sənsən,
    Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

    Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
    Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!!

  • Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
    Diri olduqca libasım budur, ölsəm, kəfənim.

    Canı canan diləmiş, verməmək olmaz, ey dil!
    Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

  • Fəhlə, özünü sən də bir insanmı sanırsan?!

    Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

  • Dağa dersən, eşidir, sonra verir əksi-səda,

    Daşa dönmüşlərə kar eyləmədi fəryadım.

  • İmzasını qoymuş millət övraqi-həyata,

    Yox millətimin xətti bu imzalar içində!

  • Ölüm var ki, həyat qədər dəyərli,

    Həyat var ki, ölümdən də zəhərli.

  • Kəssə hər kim tökülən qan izini,

    Qurtaran dahi odur yer üzünü.

  • "Ax, necə kef çəkməli əyyam idi.

    Ondaki övladi-vətən xam idi..."

    Rüşvət alırdıq azı-az, çoxu-çox.
    Puldu, qızıldı, ya da şey, fərqi yox.
    Əmr eləyirdik cibi tox, qarnı tox.
    İndi nədir? Qoyma-haray, qorxhaqorx,
    Xalqa ağır gün, bizə bayram idi.
    "Ax, necə kef çəkməli əyyam idi"

  • Öylə bir ixtiyar olsaydı məndə, 
    Qoymazdım bəndəyə möhtac bir bəndə.