Reklam
Reklam
  • Səni niyə belə sevdim,

    belə istədim niyə,

    canımdakı min tikana,

    bir gülə istədim niyə?!

  • Uduzub yorulan, udub doymayan,

    Ağlaya-ağlaya top-top oynayan,

    Qardaşımın üzü köməyim olsun.

  • Bir də gördün beşikdi adam,

    Bir də gördün bəbədi,

    Bir də gördün uşaqdı adam,

    Bir də gördün babadı.

     

    Bir də gördün oğuldu adam,

    Bir də gördün atadı.

    Bir də gördün yox oldu adam,

    Bir də gördün fotodu.

  • Məndən təzə şeir xəbər alan dost,

    Bəs yazın gəlməsi şeir deyilmi?!

  • Gəl qınama Hüseyni sən,

    Başım bulud, ayağım çən.

    Mənə fikir çəkmə deyən,

    Dünya fikir dünyasıdır.

  • Torpaq da anasız qalmasın deyə

    Torpağın qoynuna köçür analar.

  • Yenə o bağ olaydı, yenə yığışaraq siz,
    O bağa köçəydiniz.
    Biz də muradımızca fələkdən kam alaydıq,
    Sizə qonşu olaydıq.

  • Olum, ya ölüm... Budur məsələ!

  • Ağıl məhəbbətdən yaranır, ancaq

    Məhəbbət dərk etmir ağlın sözünü.

  • Könlümə tək Kəbə etdim səni mən,

    Sənsiz neylim qürbət eldə günü mən?

    Sənsiz neylim Allahı mən, dini mən…

    Azərbaycan, mənim tacım, taxtım oy!..

    Oyanmazmı kor olası baxtım oy!..

  • Hanı məni gül qoynunda doğuran,

    Xəmirimi göz yaşıyla yoğuran,

    Beşiyimdə “laylay, balam” çağıran…

    Azərbaycan, mənim baxtsız anam oy…

    Neçə ildir həsrətinlə yanam oy…

  • Səba, məndən söylə o gülüzara,
    Bülbül gülüstanə gəlsin, gəlməsin?
    Bu hicran düşgünü, illər xəstəsi
    Qapına dərmanə gəlsin, gəlməsin?

  • Mən əgər eşqidə Məcnun deyiləm, bəs nəçiyəm?

    Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

  • Demə Məcnuna dəli, bəlkə də, Leyla dəlidir,

    Eşq olan yerdə bütün aqilü dana dəlidir.

  • Nemətsə də gözəl şeir,

    Şair olan qəm də yeyir.

    Ömrü keçir bu adətlə,

    Uğurlu bir səadətlə.

    Görən məni nədir deyir:

    Saçlarına düşən bu dən?

    Şair, nə tez qocaldın sən!

  • Q a c a r: Bəs baş əymədiniz?

    V a q i f: Əymədim, bəli!
    Əyilməz vicdanın böyük heykəli...

     

    V a q i f: Vicdan dedikləri bir həqiqətdir -
    Beşiyi, məzarı əbədiyyətdir...

    Q a c a r: Bəs zindan necədir, qaranlıq zindan?!

    V a q i f:  Soyuq məzara da zinətdir insan.

  • Qalxdı köç eylədi Əfşar elləri,
    Ağır-ağır gedən ellər bizimdir.
    Ərəb atlar yaxın eylər irağı,
    Uca dağdan aşan yollar bizimdir.

    Belimizdə qılıncımız girmani,
    Daşı dələr mizrağımın təmrəni!
    Haqqımızda dövlət vermiş fərmanı,
    Fərman padşahındı, dağlar bizimdir.

    Dadaloğlu, yarın qovğa qurulur,
    Ötər tüfəng, davulçular vurulur,
    Neçə qoç igidlər yerə sərilir,
    Ölən ölür, qalan sağlar bizimdir!

  • Ulduztək üstümə səpələn, ey qar,

    Geyindir əynimə ağappaq donu.

    Sənin ki, bu qədər təmizliyin var,

    Bağışlamaq olar soyuqluğunu.

  • Bir nurlu sahil var hələ sabahda

    Qaranlıq sulara yol açar avar.

    Bir adam yol gedir bizdən qabaqda,

    Amma bir adam da bizdən sonra var!

  • Hardasa, hardasa məni sevən var,

    Hələ yaşamağa dəyər bir az da.