1. XIV–XIX əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda mövcud olmuş hərbi rütbə və inzibati vəzifə.
100 nəfərlik hərbi dəstəyə başçılıq edən Y.-nın orduda xüsusi imtiyazları olub. O, müdafiə qalasının hakiminin – minbaşının naibi (müavini) sayılıb. Xanlıqlar dövründə Y.-ların nüfuzu nisbətən zəifləyib, XIX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra onlar nominal olaraq seçkili, əslində isə çox vaxt irsi kənd hakimlərinə (bir növ çar polisi məmurlarına) çevriliblər. Əhali Y.-lara müstəmləkə administrasiyasının əlaltısı kimi baxıb.
2. Rusiya imperiyasının kazak qoşunlarında zabit rütbəsi.
Bu rütbə nizami qoşunlarda poruçik rütbəsinə uyğun olub.
3. XVI–XVIII əsrlərdə Ukraynada inzibati-ərazi yüzlüyünün (sotnyanın) rəisi.
Y. öncə kazaklar tərəfindən seçilib, sonralar isə getman tərəfindən təyin edilib, geniş hərbi, inzibati, məhkəmə və maliyyə səlahiyyətlərinə malik olub.
See also:
Tarix terminləri lüğəti