Reklam
Reklam

Tarix terminləri lüğəti

minbaşı

1. Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda hərbi vəzifə.

Min nəfərlik qoşuna rəhbərlik edən M.-ların xüsusi imtiyazları olub. Müdafiə qalalarına hərbi rəislər, adətən, onlardan təyin edilib. Müharibə dövründə qoşuna qatmaq üçün min nəfərlik hərbi dəstə göndərən əyalət hakimləri, bəzən köçəri tayfa başçıları da M. adlanıb.

2. Türkiyə quru qoşunlarında və hərbi-hava qüvvələrində yüzbaşı ilə albay arasında zabit rütbəsi (türk. binbaşı).

Tarix terminləri lüğəti