Reklam
Reklam

Tarix terminləri lüğəti

getman

çex. hejtman < alm. hauptmann < haupt – əsas, başlıca + mann – kişi

1. XV əsrdə Çexiyada ordu komandanının rütbəsi.

2. XV–XVIII əsrlərdə Reç Pospolitada daimi muzdlu qoşun başçısının titulu, vəzifə.

1581-ci ildən G. vəzifəsi ömürlük verilib.

3. XVI əsr–XVII əsrin I yarısında Ukraynada kazak dəstələrinin başçısı; 1648-ci ildən Ukraynanın hakimi və kazak qoşunlarının rəhbəri.

Əvvəlcə G.-ı kazaklar seçsələr də, 1708-ci ildən başlayaraq onlar çar hökuməti tərəfindən təyin edilib, 1764-cü ildə ləğv olunub.

4. XVII əsrdə Moldovada qoşun başçısı.

5. 1918-ci ildə müstəqil Ukraynanın dövlət başçısı.

Tarix terminləri lüğəti