Reklam
Reklam

Tarix terminləri lüğəti

teizm

yun. theos – Allah

Geniş mənada: Allaha və ya Allahlara inam; məhdud mənada: Allahı təkcə kainatın yaradıcısı deyil, həm də orada baş verən bütün maddi və mənəvi proseslərin idarəedicisi kimi qəbul edən dini-fəlsəfi təlim.

T. insanın ilahi qüvvə ilə daimi ünsiyyətdə olması ideyasına əsaslanır. Allahın təbiətdən kənarda yerləşdiyini iddia etməklə T. panteizmdən, dünyadakı bütün hadisələrdə onun iştirakını qəbul etməklə isə deizmdən fərqlənir. T. təlimi iudaizm, xristianlıqislam dininin əsasında durur.

Həmçinin bax:

Tarix terminləri lüğəti