yun. pan – bütün + theos – Allah
Allahla dünyanı (kainatı) eyniləşdirən və təbiətə Allahın təcəssümü kimi baxan dini-fəlsəfi təlim.
P.-ə görə, Allah təbiətdən kənarda olmayıb, onun özündə yerləşir. Bu təlimin prinsipləri hələ e.ə. VI əsrin sonu – V əsrin əvvəlində qədim yunan filosofu Ksenofan tərəfindən işlənib hazırlanıb. Bütün aləmi Allah elan edən Ksenofan onun idrakla dərk olunmasını mümkün sayıb. 1869–1870-ci illərdə Vatikan P. tərəfdarlarını bidətçi və allahsız hesab edərək lənətləyib.
Tarix terminləri lüğəti