yun. palaios – qədim + yun. onto – varlıq + yun. logos – elm, təlim
Qədim geoloji dövrlərdə yaşamış, müasir dövrə yalnız qalıqları çatmış canlı orqanizmləri öyrənən elm sahəsi.
Termin ilk dəfə 1825-ci ildə fransız zooloqu Anri de Blenvil tərəfindən işlədilib. P. Yerin inkişaf tarixini bitki və heyvan orqanizmlərinin qalıqları və onların qoyduqları izlər əsasında araşdırır. P. elminin əsas bölmələri paleozoologiya və paleobotanika elmləridir. Bu elmlər coğrafiya və geologiya ilə sıx bağlıdır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti