Reklam
Reklam

Tarix terminləri lüğəti

nəqşibəndilik

ər. nəqş – naxış + fars. bənd – bağ, bağlama

Sufiliyin əsas cərəyanlarından (təriqətlərindən) və dərviş ordenlərindən biri.

Bu təriqət öz banisi Bəhaəddin Nəqşibəndi əl-Buxarinin (1318–1389) adı ilə tanınıb və XIV əsrdə Buxarada yaransa da, qısa zamanda Türküstan, Hindistan, Anadolu, Ərəbistan, Volqaboyu, Balkan ölkələri, Şimali Qafqaza yayılıb. N. ordeni şeyxlərinin mənəvi genealogiyası əksər təriqətlərdə olduğu kimi Əliyə deyil, Əbu Bəkrə gedib çıxır. N. tərki-dünyalıq və yoxsulluğu, bütün mövcudata məhəbbət ideyalarını dəstəkləyib, digər sufilik təriqətləri, məsələn, mövləvilik üçün xarakterik olan ucadan səslənən zikrləri, eləcə də musiqi və mahnı sədaları altında keçirilən yığıncaqları rədd edib, sakit zikrlərə üstünlük verib. Başqa sufilik təriqətlərindən fərqli olaraq N. həm də hakimiyyətlə sıx münasibətləri məcburi hesab edib. Bu, hakimiyyətin siyasətinə təsir etməklə xalq kütlələrinin vəziyyətini yaxşılaşdırmaq imkanı qazanmaq üçün lazım olub. N. nikahdan imtinanı təbliğ edib və bu baxımdan faktik olaraq ənənəvi islama zidd gedib. Lakin eyni zamanda hənəfilik sünni təriqətinin tərəfdarı olan Bəhaəddin Nəqşibəndi bütün şəriət qanunlarına, eləcə də sünnəyə ciddi riayət etməyi vacib bilib. N.-də vahid mərkəz olmasa da, Bəhaəddin Nəqşibəndinin məqbərəsi təriqət üzvlərinin ziyarət yeri sayılır.

Tarix terminləri lüğəti