yun. genealogia < genea – ailə, nəsil + logos – söz, elm
Nəsillərin tarixini, insanların qohumluq əlaqələrini, nələrinsə, yaxud kimlərinsə mənşəyini öyrənən, həmçinin şəcərələrin tərtibi ilə məşğul olan elm sahəsi.
Orta əsrlərdə silki imtiyazların formalaşması ilə əlaqədar G. mühüm əhəmiyyət kəsb etməyə başlayıb və XVII–XVIII əsrlərdə ayrıca tarix fənni kimi formalaşıb.
Tarix terminləri lüğəti