Reklam
Reklam

Tarix terminləri lüğəti

kaspilər

yun. Kaspioi, aram. Kspy

E.ə. I minillikdə Şərqi Azərbaycanda, Xəzər dənizinin cənub-qərb sahillərindən Qafqaz dağlarınadək olan ərazidə məskunlaşmış tayfa.

Bu tayfanın adı ilk dəfə qədim yunan tarixçisi Herodotun (e.ə. V əsr) əsərlərində çəkilir. K., əsasən, köçəri maldarlıq, balıqçılıq və toxuculuqla məşğul olublar. E.ə. I əsrədək onların midiyalılar, albanlar və b. tayfalarla qaynayıb-qarışdığı ehtimal edilir. K.-in mənşəyi isə mübahisəli olaraq qalır. Bir sıra tədqiqatçılar K.-i kassitlər, iberlər, irandilli tayfalarla eyniləşdirirlər. Kaspi dənizi və Kaspi keçidinin adı bu tayfa ilə bağlıdır.

Tarix terminləri lüğəti