Qafqaz Albaniyasının yerli əhalisi.
Albanlar haqqında antik və orta əsr müəllifləri məlumat veriblər. A. adı ilk dəfə e.ə. IV əsrin ikinci yarısında baş vermiş hadisələrlə əlaqədar çəkilir. Strabonun bilgisinə görə, albanlar 26 dildə (ləhcədə) danışan tayfadan ibarət olublar. A.-la yanaşı, qaynaqlarda həmçinin utilərin, qarqarların, soğdilərin, qardmanların, leqlərin, gellərin, çilbilərin və b. tayfaların adı çəkilir. Qədim müəlliflərdən Strabon A.-ın yaraşıqlı, Plini və Solin isə ucaboylu, sarışınsaçlı, alagözlü olduqlarını göstərirlər. Bu antropoloji əlamətlər indi də Azərbaycanın dağ rayonlarının qədim aborigen əhalisi üçün (Kavkasion tipi) səciyyəvidir. Ehtimallara görə, A.-ın dili Qafqaz-İber dil ailəsinə aid olub. Lakin bir çox tədqiqatçılar bu fikirlə razılaşmırlar və bu səbəbdən A.-ın dilinin hansı dil qrupuna mənsubluğu məsələsi mübahisəli qalır. A.-lar Azərbaycan xalqının etnogenezində yaxından iştirak ediblər.
See also:
Tarix terminləri lüğəti