Protestantlıq cərəyanlarından biri.
Bu cərəyana onun banisi fransız teoloqu J.Kalvinin adı verilib. Əgər alman teoloqu M.Lüter Reformasiyaya başlarkən “Bibliyaya zidd olan hər şeyin kilsədən kənarlaşdırılması” prinsipini əsas götürübsə, J.Kalvin bir qədər də irəli gedərək “Biblayının tələb etmədiyi hər şeyin kilsədən xaric edilməsi” ideyasını irəli sürüb. XVI əsrdə Cenevrədə meydana gələn K. sonralar Fransa, Niderland, İngiltərə, Şotlandiya, Almaniya, ABŞ və s. ölkələrdə geniş yayılıb. O, Allaha ibadəti Bibliya oxumaqla məhdudlaşdırır, habelə katolik kilsəsinin iyerarxiya və ehkamlarını, rahibliyi, insanların xilasında ruhanilərin rolunu qəbul etmir. Asketik həyat tərzini təbliğ edən K. dəbdəbəli kilsə mərasimlərinə, bər-bəzəkli həyat tərzinə, parlaq paltar və ləl-cəvahiratlardan istifadəyə qarşı çıxır. K. təlimi kilsə rituallarını maksimum dərəcədə sadələşdirir, rasionalizmə meyil etməsi və hər cür mistikanın inkarı ilə səciyyələnir. Niderland (XVI əsr) və İngiltərə (XVII əsr) inqilabları məhz K.-in təsiri altında baş verib.
Tarix terminləri lüğəti