lat. Dalmatia – Adriatik sahilboyunda vilayətin adından
Sahilə paralel dağların, yüksəkliklərin yerləşdiyi ərazinin çökməsi və çökmüş sahələri dəniz suları doldurması nəticəsində yaranan sahil tipi.
Beləliklə, dəniz dağlıq relyefin çökək sahələrini boğazlara və körfəzlərə, yüksəklikləri isə ada və yarımadalara çevirir. D.T.S.-in bütün elementləri sahilin ümumi istiqamətinə paralel yerləşir. Onlara Adriatik dənizinin sahillərində çox rast gəlinir.
Coğrafiya terminləri lüğəti