Hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranmış quru sahəsi.
A.-lar okeanlarda, dənizlərdə, çaylarda, göllərdə tək-tək və ya qrup halında (arxipelaq) olur. Planetimizdə bütün A.-ların ümumi sahəsi 9,9 mln. km²-dir. Sahəsinə görə ən böyük A. Qrenlandiya, əhalisinin sayına görə ən böyük A. Yava A.-sıdır. Mənşəyinə görə A. üç qrupa bölünür: materik A.-ları, vulkanik A.-lar və mərcan A.-ları. Bundan başqa, A.-lar insan məskunlaşan və insan məskunlaşmayan olmaqla daha iki qrupa ayrılır. Yer kürəsində daimi insan yaşamayan ən böyük A. Kanada-Arktika arxipelaqında Devon A.-sıdır (55,2 min km²).
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti