1. Azərbaycanda orta əsrlərdə bağı olanlardan alınan (XIX əsrin 20-ci illərinə qədər) natural vergi.
B. bütün məhsulun (meyvənin) təqribən 1/10-dən ibarət olub bəzən bağın sahəsinə və ağacların sayına görə də müəyyən edilib. Xanlıqlar dövründə bu vergi bağpulu adlanıb.
2. Yayın əvvəlində nişanlı qızlar üçün oğlan evi tərəfindən göndərilən sovqat.
Tarix terminləri lüğəti