Orta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, eləcə də Azərbaycanda mövcud olmuş, bazarda satılan mal-qaranın sayına görə natura və ya pul şəklində alınan vergi.
Bu vergi növü Səfəvilər dövründə geniş yayılıb. XVI əsrdə 40 baş qoyundan 15 bisti, XVII əsrdə isə bir buğadan – 6 quruş, bir qoyundan – 1 qazbeki həcmində Ç. alınıb. Ç. toplanılması hüququ bəzən ayrı-ayrı şəxslərə icarəyə verilib.
See also:
Tarix terminləri lüğəti