Sloveniyada yerləşən Kras platosunun adından
1. Suyun dağ süxurlarını əritməsi və süxurlarda boşluqlar, Yer səthində, habelə Yerin altında özünəməxsus relyef formaları əmələ gətirməsi hadisəsi.
K. asanəriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlarında daha yaxşı inkişaf edir, Yer səthində mənfi relyef formaları, bir sıra hallarda Yerin dərinliklərində böyük boşluqlar yaradır.
2. Suyun dağ süxurlarını əritməsi və süxurlarda boşluqlar yaratması nəticəsində əmələ gələn özünəməxsus relyef formaları.
Yerüstü K.-lara karlar, yeraltı K.-lara isə mağaralar misal ola bilər.
Coğrafiya terminləri lüğəti