Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

mağara

Yer qabığının üst qatlarında əmələ gəlmiş, səthə bir və ya bir neçə çıxışı olan yeraltı boşluq.

M.-lar, əsasən, suyun asanlıqla əritdiyi süxurlarda (əhəngdaşı, dolomit, duz, gips) və ya suffoziya, abraziya prosesləri nəticəsində törəyir. Dünyanın ən iri M.-ları karst mənşəli olub geniş zallardan, keçidlərdən, yan qollardan və s.-dən ibarət mürəkkəb sistemlər yaradır. Bəzi M.-lar çox soyuq olduğundan onların içərisində buz kristallarından ibarət müxtəlif fiqurlar əmələ gəlir. M.-ları speleologiya elmi öyrənir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti