1. Halit-halloidlər sinfinə aid mineral.
Kubik sinqoniyada kristallaşır. Təbiətdə, adətən kristallik dənəli aqreqatlar əmələ gətirir. Saf D. rəngsiz və şəffafdır. Başqa qarışıqlar (gil, üzvi maddə və s.) nəticəsində müxtəlif (qonur, boz, qırmızı, çəhrayı və s.) çalarlı olur.
2. Yalnız və ya başlıca olaraq halitdən ibarət çökmə süxur.
Gilli və nadir halda narın qumlu materialla qarışmış olur. Əsas D. kütlələri suda həll olmuş digər duzlar kimi ekzogen proseslər nəticəsində laqun və göllərdə əmələ gəlir. Çökmə süxurlar arasında qalın lay və ştok şəklində olur.
Coğrafiya terminləri lüğəti