Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kar

alm. kar – küpə

Dağ yüksəkliklərində fincanabənzər təbii çuxur.

K.-lar, adətən, qar sərhədindən yuxarıda yerləşir, buzlaqların, qar sularının və s. amillərin təsiri nəticəsində formalaşır. Bəzi K.-lar daimi buzlaq, yaxud firnlə, digərləri mövsümi qar yığınları, su ilə dolmuş olur. Azərbaycanda Böyük Qafqaz dağlarında K.-lara rast gəlinir.

Coğrafiya terminləri lüğəti