Onlayn lüğət

Ən son əlavə edilənlər

21

adlıq hal

İsmin altı halından biri: əşyanın yalnız adını gös­tərmək vəzifəsini daşıyan, heç bir xüsusi morfoloji əlaməti olmayan hal. □ Adlıq halda olan isimlər cümlədə mübtəda, xəbər və təyin vəzifəsində çıxış edir: Tamaşa başlandı. Maraqlı kitabdır. Birdə...    Ətraflı

22

aed

Qədim Yunanıstanda qəhrəmanlıq eposu qoşan və ifa edən nəğməkar şair, ozan.  “İliada” və “Odisseya” eposlarını yaratmış Homer ən məşhur A.-lərdən biri olub. A.-lərin yaratdıqları qəhrəmanlıq nəğmələri hekzametr şeir ölçüsünə əsaslanır. Bu nəğmələ...    Ətraflı

23

afişa

1) Hər hansı mədəni tədbir – teatr tamaşası, konsert və s. haqqında elan; reklam, məlumat nəşri. □ Afişa küçə reklamının bir növüdür. Burada tama­şanın keçirildiyi yer (teatr, konsert zalı), tamaşanın adı, rejissor, baş rolların ifaçıları və s. h...    Ətraflı

24

aforizm

Müdrik fikir ifadə edən bitkin, yığcam ifadə, kəlam. □ Atalar sözündən fərqli olaraq aforizmin müəllifi məlum olur. Məna dərinliyi, ifadə gözəlliyi, obrazlılıq aforizm üçün başlıca xüsusiyyətlərdir. Dini-əxlaqi, dini-fəlsəfi, sosial-fəlsəfi, sosia...    Ətraflı

26

ağazı-dastan

Qədim türk ədəbiyyatında dastan və ya hekayənin başlanğıcı, girişi.  Şərq ədəbiyyatında olan dibaçəni xatırladır....    Ətraflı

27

ağı

Folklor janrlarından biri: ölümlə bağlı olub qüssə, dərd, kədər ifadə edən lirik-dramatik söyləmə; edi. □ Qədim türk­lərdə ağı, əsasən, qopuz aləti ilə müşayiət olunub. Ağı­larda konkretlik, ünvanlılıq, informativlik xüsusiyyəti güclü olur. Bəzən...    Ətraflı

28

ağıçı

Ağı söyləyən peşəkar ifaçı: ölüm, faciə münasibətilə ağı nümunəsi yaradan şəxs; ediçi. □ Azərbaycan kəndlərində təziyə məclislərində ağıçılara indi də təsadüf edilir. Onlar mövcud ağı nümunələri və ya bayatılardan istifadə etməklə bərabər, özləri...    Ətraflı

31

ahəng qanunu

Sözdə eynicinsli saitlərin bir-birini izləməsi; məs.: bərəkət, qaranlıq və s. □ Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə, sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də q...    Ətraflı

32

ahəngdarlıq

Əsasən, nəzm əsərlərini səciyyələndirən yüksək bədii keyfiyyət: səslərin, sözlərin və s.-nin uyarlığı; harmoniya. □ Bədii əsərdə ahəngdarlığı şərtləndirən poetik parametrlər çoxdur: intonasiya, ritm, bölgü, alliterasiya, assonans, təkrir (anafora,...    Ətraflı

33

akademik nəşr

İlkin mənbələr və yüksək elmi tələblər əsasında hazırlanmış nəşr.  A.N. folklor nümunələrinin, klassik və müasir ədiblərin, habelə alimlərin əsərlərinin ilkin mənbələr əsasında nəşrini nəzərdə tutur. İlkin mənbələr dedikdə folklor ekspedisiyası z...    Ətraflı

34

akın

Qazax, qırğız və bəzi başqa türk xalqlarında el şairi və nəğməkarı.  A.-lar mahnılarını çalğı aləti dombranın müşayiəti ilə ifa edirlər. Qazax A.-ı Cambul Cabayevin (1846–1945), qırğız A.-ı Toktoqul Satılqanovun (1864–1939) adı ilə məşhurdur....    Ətraflı

35

akmeizm

1910-cu illərin əvvəllərində Rusiyada yeni estetik meyilləri əks etdirən ədəbi cərəyan.  A. poeziyası, ilk növbədə, individualizm, estetizm və formalizmlə xarakterizə olunur. Akmeistlər ədəbi manifestində simvolizm əleyhinə çıxsalar da, “sənət sə...    Ətraflı

36

akrostix

Misralarının ilk və ya son hərfləri müəyyən söz və ya ifadə əmələ gətirən şeir.  A.-in yazılması müəllifdən yüksək məharət, təcrübə və peşəkarlıq tələb edir. Çünki formal tələblər şeirin ideya-məzmun və sənətkarlığına xələl gətirməməlidir. A.-lər...    Ətraflı

37

akroteza

Antitezanın növlərindən biri: hər hansı bir fikrin və ya əlamətin ona əks olan fikri inkar etməklə vurğulanan təsdiqi.  Bu zaman, adətən, əvvəlcə inkar olunan fikir, sonra isə təsdiq gəlir; məs.: “Qanun yalanın deyil, həqiqətin keşiyində durmalıd...    Ətraflı

38

akt

Aparılmış yoxlamanın nəticəsini əks etdirmək üçün xüsusi komissiyanın iştirakı ilə tərtib olunan əməli yazı növü. □ Məzmununa görə müxtəlif olur: cinayət aktı, dövlət aktı, təhvil-təslim aktı və s. Akt aşağıdakı ardıcıllıqla tərtib olunur:
1. “Ak...    Ətraflı

39

alba

Orta əsrlərdə trubadur poeziyasının janrlarından biri.  A.-nın əsas mövzusunu senyorun (ağanın) arvadı ilə cəngavərin görüşü təşkil edir. Bu şeirlərdə eyni situasiya təkrar olunur: gizli görüş bağda, ya da qəsrin yuxarı mərtəbəsindəki hücrədə keç...    Ətraflı

40

albom

Əsasən, illüstrasiyalardan (foto, rəsm əsərlərindən) ibarət olan kitab.  Adətən, illüstrasiyalar izah və şərhlərlə müşayiət olunur....    Ətraflı