Öncə Orta Asiyada yaşamış, sonralar səlcuqlar və monqolların tərkibində Kiçik Asiyaya köçmüş türk tayfalar qrupundan biri.
Suriyada məskunlaşmış türk tayfaları şamlu, Anadoluda (Rumda) yaşayanlar isə rumlu adlanıb. Əmir Teymur 1402-ci ildə I Bəyazidi məğlub etdikdən sonra Ş.-ın və rumluların bir qismini yenidən Orta Asiyaya köçürüb. Ərdəbildə Şeyx Səfinin türbəsini ziyarət etməyə gəldikdə isə o həmin tayfaların digər qismini Səfəvi şeyxinin tabeliyinə verib. Sonradan Ş. qızılbaş tayfa birliyinin tərkibində Səfəvilər dövlətinin yaranmasında fəal iştirak ediblər, habelə azərbaycanlıların etnogenezində mühüm rol oynayıblar.
Tarix terminləri lüğəti