Müşahidələrə görə aşağıdakı sözlərin yazılışında çox zaman səhvə yol verilir:
ab-hava abu-hava
abreviatur abreviatura
acmaq acımaq[1]
adyal ədyal
aidiyyət aidiyyat
aksesuar aksessuar
aktiv aktif
ala-toran alatoran
Allah-taala Allah-təala, Allah-Təala
amma ama
amplua ampula
anbar ambar
asfalt asvalt
aşpaz aşbaz
ayrı-seçkilik ayrıseçkilik
bağça baxça
batareya batereya
bəkməz bəhməz
biabır biyabır
bikar bekar[2]
bir azdan birazdan
bloger blogger, bloqer
boğça boxça
brilyant brilliant
bu gün bugün
bugünkü bu günki, bugünki
bugün-sabah bu gün-sabah
bülbül bül-bül
büruzə biruzə
cah-calal cah-cəlal
camaşır çamaşır
cəvahirat cavahirat
çabalama çapalama
çamadan çemodan
çaşbaş çaş-baş
çəkic çəkiç
çilçıraq çılçıraq
çox sağ ol çoxsağol, çox sağol
deja-vü dejə-vü, dejavü, dejəvü
desert dessert
detektiv dedektiv
dəst-xət dəstixətt
diktə diqtə
diyet diyeta, dieta
doğrudan doğurdan
dübbədüz düppədüz
ehtiyat ehtiyyat
eksperiment ekspriment
erudisiya irudusiya
əgər əyər
əhvalat əhvəlat
əhvali-ruhiyyə əhval-ruhiyyə
əkiz ekiz
əlbəttə əlbətdə
ələlxüsus ələxsus
əsəbiləşmək əsəbləşmək
əsgər əskər
əsginas əskinas, əskinaz
əskik əksik
əsl (xalis) əsil[3]
fakültə fakultə
feil fel
fənər fanar, fonar
film filim
filtr filter, filtır
firavan firəvan
gecəyarısı gecə yarısı
geyib-kecinmək geyib-keçinmək
gizlənpaç gizlənqaç
gonbul gombul
göz yaşı gözyaşı[4]
guşə güşə
guya güya
halbuki halbu ki
hallüsinasiya qalüsinasiya
hazırkı hazırki
heç nə heçnə
heyət heyyət
heyif heyf
heyifsilənmək heyfslənmək
heykəltaraş heykəltəraş
həddi-büluğ həddi-buluğ
hərbçi hərbiçi
hərf hərif[5]
hobbi xobbi
hokkey xokkey
hotel otel
hökumət hökümət
hüsnxət hüsnxətt
xaltura xaltur
xarıbülbül xarı bülbül
xeyr xeyir[6]
xoşbəxt xöşbəxt
imeyl email
indi hindi
inşallah inşə Allah, inşaAllah
iştaha iştah
itki itgi
izin izn
karvansara karvansaray
kef keyf
kəlağayı kələğayı
kərbəlayı kərbalayı, kərbəlayi
kərpic kərpiç
kinematoqrafiya kinomatoqrafiya
kirpik kiprik
kombi konbi
kompozisiya kompazisiya
kompüter kompyuter, komputer
kottec kotej, kotec
kran krant
krosvord krossvord
kruassan kruasan
qaib qayıb
qarma-qarışıq qarmaqarışıq
qaşqabaq qaş-qabaq
qatran qətran
qeyd-şərtsiz qeyri-şərtsiz
qeyri-ixtiyari qeyri-ixtiyarı
qəbiristanlıq qəbristanlıq
qəhrəman qəhraman
qəşəng gəşəng
qoxulamaq qoxlamaq
qravür qravyura
laboratoriya labaratoriya
layihə lahiyə
lənət nəhlət
lotereya lotoreya
maşallah maşaAllah
media mediya, medya
meyil meyl
meyit meyid
məxfi məxvi
məqsədilə məqsədi ilə
məsxərə masxara, maskara
məşhur məhşur
mətn mətin[7]
missiya missia
monastır monastr
muğayat müğayat, müğəyət
müdir müdür
müdiriyyət müdriyyət, müdriyət
müşayiət müşayət
nağd nəğd
nahiyə nayihə
nəbadə məbada
nəqərat nəqarat
nərmənazik nərmə-nazik
nikah nigah[8]
notbuk noutbuk
ofisiant ofisiyant, ofsyant
onlayn online
orijinal original
paralel parallel
pasiyent pasient
perspektiv prespektiv
peşman peşiman
pilləkən pilləkan
pizza pitsa
populyar popular
porsiya pors
poza poz
raket roket
riayət riyayət
risk risq
ruzi ruzu
sağ ol sağol
saksofon saksafon
salaməleyküm salam əleyküm
salam-kalam salam-kəlam
salfet salfetka
salnamə səlnamə
sehrli sehirli
sellofan salafan
səbir səbr
səbirsizliklə səbrsizliklə
səhv səf
səliqə-sahman səliqə-səhman
səlis səlist
sərhəd sərhədd
skamya skameyka
sosis sosiska
supermarket super-market, super market
süfrə sürfə[9]
şahmat şaxmat
şayiə şayə
şeir şer
şənbə şəmbə
şərf şarf
şifr şifrə
şillə sillə
şokolad şokalad, şakalat
şose şosse
şükür şükr
taqım tağım
tamamilə təmamilə
taraş təraş
texnikum texnikom
təbaşir tabaşir
təəccüb təccüb
təəssüf təəsüf
təngnəfəs təngənəfəs
tərxis təxris
tərtəmiz tər-təmiz
töhfə töhvə
tövsiyə tövsiyyə
tövşümək tövşəmək
tündməzac tündməcaz
üfüq üfiq
ümumi umumi
ürkmək hürkmək
üzr üzür
vəssalam vəssəlam
yanlış yalnış
yeknəsəq yeksənək, yeksənəq
yoğurt yoqurt
zebr zebra
zənbil zəmbil
zinət ziynət
Şəxs adları
Füzuli Fizuli
Hüseyn Hüseyin
İsgəndər İskəndər
Müşfiq Müşviq
Natəvan Natavan
Coğrafi adlar
Almatı Alma-ata
İstanbul İstambul
Kiyev Kiev
Rumıniya Rumuniya
Rusiya Rusya
Tailand Tayland
Tokio Tokyo
Ukrayna Ukraina
Frazeoloji birləşmələr
dil boğaza qoymamaq dil-boğaza qoymamaq
çənginə almaq cənginə almaq
[1] Acımaq – qıcqırmaq mənasında ayrıca işlənir.
[2] Bekar – musiqi termini kimi ayrıca işlənir.
[3] Əsil – nəsil, soy mənasında ayrıca işlənir.
[4] Lüğətdə gözyaşı vəzisi olaraq bitişik verilib.
[5] Hərif – yüngül söyüş mənasında ayrıca işlənir.
[6] “Şər” sözünün antonimi kimi “xeyir” yazılır.“Bəli” ədatının antonimi kimi “xeyr” işlənir.
[7] Mətin – mətanətli, dönməz mənalarında ayrıca işlənir.
[8] Nigah – baxış, baxma, nəzər mənalarında klassik ədəbiyyatda işlənir.
[9] Sürfə – həşəratların, cücülərin ilk inkişaf mərhələlərindən biri kimi ayrıca işlənir.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.