Reklam
Reklam

Все словари

adres [adres] isim fr. adresse, adresser – göndərmək

1. Bir şəxsin yaşadığı və ya bir idarənin fəaliyyət göstərdiyi yer; ünvan. Evlərinin adresini gizli saxlamaq istəsə də bu mümkün olmadı.

2. Yubiley münasibətilə, yaxud başqa bir münasibətlə bir şəxsə, ya təşkilata kollektiv və s. tərəfindən təqdim edilən təbrik, açıqca. □ Adres göndərmək.

Azərbaycan dilinin izahlı lüğəti

ajiotaj [ajiyataj] isim fr. agiotage – həyəcan, təşviş

Hər hansı iş və ya hadisə ətrafında maraqların toqquşmasından doğan əsassız təşviş; bir şeyin qeyri-adi kimi qələmə verilməsi cəhdi, konkret bir məsələ ətrafında (məs.: qiymət artımı, hansısa filmin nümayişi, yanacaq çatışmazlığı və s.) şişirdilmiş hay-küy, süni həyəcan. □ İmtahanqabağı ajiotaj.

Azərbaycan dilinin izahlı lüğəti