Dövlətin yaranmasına qədərki dövrdə insanların sosial-etnik birliyinin əsas formalarından biri.
T. qəbilədən böyük olub, belə ki, bir neçə qəbilə T. yaradıb. T. üzvlərini qan qohumluğu birləşdirib, onlar müəyyən ərazidə kompakt şəkildə məskunlaşıblar, eyni dildə danışıblar və eyni adətlərə malik olublar. Müəyyən iqtisadi birliyin mövcudluğu, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələri də T.-nın səciyyəvi cəhətləri sayılıb. T.-nı idarə etmək üçün qəbilələrin ağsaqqallarından ibarət xüsusi şura fəaliyyət göstərib. Ən mühüm məsələləri həll etmək üçün isə xalq yığıncaqları çağırılıb. Sosial təbəqələşmə və dövlətin yaranması tədricən T.-nın dağılmasına gətirib çıxarıb. Lakin T.-nın qalıqları antik dövr və orta əsrlərdə də mövcud olub. Bəzi xalqlarda (məs.: tuareqlər) müasir dövrdə də T. münasibətləri hökm sürür.
Tarix terminləri lüğətiçin. – “böyük sükunət”
Çində 1850–1864-cü illərdə mancur Tzin sülaləsinin hökmranlığına qarşı kəndli üsyanının iştirakçıları.
Xun Syusyuanın başçılıq etdiyi T. Çinin cənubunda 30 milyon insanın yaşadığı böyük əraziləri tutaraq öz dövlətlərini yaradıblar. Nankin şəhəri T. dövlətinin paytaxtı, Xun Syusyuan isə imperator elan edilib. T.-in proqramı utopik xarakter daşıyıb və ümumi bərabərliyə əsaslanan dövlətin təşəkkülünü nəzərdə tutub. Reallıqda isə onların sosial-iqtisadi siyasəti kəndlilərdən alınan torpaq icarəsi haqqının azaldılması və mülkədarların vergi yükünün artırılması ilə məhdudlaşıb. 1853–1856-cı illərdə T. Çinin mərkəzində xeyli yeni ərazilər tutublar. Lakin üsyanın rəhbərləri arasında kəskinləşən ziddiyyətlər T.-in mövqelərinin zəifləməsinə səbəb olub. Bundan istifadə edən Tzin sülaləsinin qoşunları əks-hücuma keçərək 1864-cü ildə onların, demək olar, bütün dayaq məntəqələrini ələ keçiriblər. Həmin ilin iyulunda Nankinin alınması və Xun Syusyuanın intihar etməsindən sonra üsyan yatırılıb. Lakin T.-in kiçik dəstələri 1868-ci ilə kimi müqaviməti davam etdiriblər.
Tarix terminləri lüğətiDərbənd
Soyunmaq, çıxarmaq. □ Gədə yatan so:ra üzü <özü> qurbağa paltarını taydırıb bir göyçəg qıza dönütdü.
Dərbənd
Ayırmaq. □ Mən istiyədəm süzü bir-bir öyləndirib taydırım.
Dərbənd
Aradan götürmək, başını əkmək. □ Gəlin biz munı aradan taydirəg.
Dərbənd
Yığışdırmaq, götürmək. □ Taydır bu qabları; Taydır buları.
Dərbənd
Atmaq, tullamaq. □ Tez ol taydır onu.
Dərbənd
Aparmaq, kənara çəkmək. □ Atı burdan taydır.
Dərbənd
Arıtlamaq, təmizləmək. □ Tikannarı budağdan taydıradam.
Azərbaycan dilinin dialektoloji lüğəti