Reklam
Reklam

Tarix terminləri lüğəti

utopiya

yun. utopia – hərfi mənası: mövcud olmayan yer < yun. ou – inkar şəkilçisi + topos – yer

1. Xəyali, mövcud olmayan ictimai quruluş.

2. Qeyri-real sosial dəyişikliklər planını özündə əks etdirən əsər, nəzəriyyə, proqram və baxışlar sistemi.

Bu termin T. Morun “Ən yaxşı dövlət quruluşu və ya Utopiya adlı yeni ada haqqında qızıl kitab” (1516) əsəri ilə əlaqədar yaranıb, sonradan isə bütün uydurma, gerçəkləşməsi mümkün olmayan ideya və planları ifadə etmək üçün işlədilməyə başlanıb.

Tarix terminləri lüğəti