1. Kağız vərəqlərini və s.-ni bir-birinə bəndləmək üçün dəmirdən qayrılmış ucu iti dəftərxana gərəyi. □ Sənədlərə sancaq vurmaq.
2. Yaxaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan qayrılan müxtəlif ölçülü və formalı qadın bəzəyi. □ Yaqut qaşlı sancaq. Qızıl sancaq taxmaq.
1. Batırılmaq, qaxılmaq. □ Külünglər torpağa sancıldı. (Ə.Vəliyev).
2. Taxılmaq, asılmaq, bənd edilmək, keçirilmək.
3. Batmaq, keçmək, girmək. □ ...necə olursa stəkan qırığının bir parçası dabanına sancılır. (İ.Hüseynov).
4. Qürub etmək, batmaq. □ Axşam gün sancılanda Qədim dayı özünü şəhərə çatdırdı. (S.Rəhimov).
5. Dikilmək. □ Hamının nəzəri Şərifzadənin dodaqlarına sancıldı. (M.Hüseyn).
1. Batırmaq, geydirmək, soxmaq. □ Dərziyə dedilər köç, iynəni (papağına) sancdı. (Atalar sözü).
2. Taxmaq, ilişdirmək, keçirmək; bənd etmək, ilişdirmək, keçirmək. □ dəli dəlini görəndə çomağını belinə sancar. (Atalar sözü).
3. Dişləmək. □ Arı sancmaq. Əqrəb sancmaq.
4. Sanki bir şey batır kimi ağrımaq. □ Ürəyi sancmaq. Başı sancmaq.
5. Məcazi mənada: ağır söz deyib qəlbinə dəymək, incitmək,acılamaq, zəhərləmək. □ Səməndər Nərgizi sancmağa fürsət tapdı. (B.Bayramov).
See also:
1. İçərisinə paltar və başqa şeylər qoymaq üçün taxtadan qayrılıb, üzəri dəmirlə işlənmiş, açarla açılıb-bağlanan qapaqlı iri uzunsov qutu (keçmişdə üstünə yorğan-döşək yığılardı). □ Ağır sandıq seçmə parçalarla dolu idi. (Mir Cəlal).
2. Silahlarda patron, müxtəlif cihazlarda bir cür şeylər qoyulan qutu,borucuq və s. □ Fotoaparatın sandığı. Pulemyotun sandığı.
See also: