1. Botanika. Oduncağı efir yağı ilə zəngin olan ətirli, həmişəyaşıl tropik ağac. □ Aşığın sən dəlisi; Gözəllər sən dəlisi; Sevdiyim, zülflərindən; Gəlir səndəl iyisi. (Sarı Aşıq).
2. Botanika. Bu ağacdan qayrılmış. □ Məst edər aləmi ənbərin budan; Hər gələndə səndəl darağa zülfün. (M.P.Vaqif).
3. Bu ağacın oduncağından, habelə bəzi başqa ağaclardan alınan boya.
Dal söykənəcəyi olan qoltuqlu stul. □ ...yıxılır səndəlin üstə, ürəyi bitab olan tək olur. (Ü.Hacıbəyli).
1. Qədim yunanların və romalıların geydikləri dabansız, yüngül ayaqqabı.
2. Üzü bağla bağlanan dabansız, yüngül yay ayaqqabısı. □ Uşağa səndəl almaq.