Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sancılmaq [sancılmax] sifət

1. Batırılmaq, qaxılmaq. □ Külünglər torpağa sancıldı. (Ə.Vəliyev).
2. Taxılmaq, asılmaq, bənd edilmək, keçirilmək. 
3. Batmaq, keçmək, girmək. □ ...necə olursa stəkan qırığının bir parçası dabanına sancılır. (İ.Hüseynov).
4. Qürub etmək, batmaq. □ Axşam gün sancılanda Qədim dayı özünü şəhərə çatdırdı. (S.Rəhimov).
5. Dikilmək. □ Hamının nəzəri Şərifzadənin dodaqlarına sancıldı. (M.Hüseyn).

Azərbaycan dilinin izahlı lüğəti