1. Neştərlə deşmək, kəsmək, yarmaq. □ Xan Əsliyə həsrət qoydun Kərəmi; Xəncər alıb neştərlədin yaramı. (Aşıq Kərəm).
2. Sancmaq. □ Arı əlimi neştərlədi.
3. Məcazi mənada: sancmaq, acılamaq. □ ...Səndən söz soruşurlar, ... əvvəlcə cavab ver, sonra başla neştərləməyə. (Ə.Vəliyev).
Tibb. Hər hansı bir sinirin və onun qabığının zədələnməsi nəticəsində həmin sinirin keçdiyi yerdə əmələ gələn ağrı.
Qeyd: nevro... Sinir sisteminə aid mürəkkəb sözlərin yunan mənşəli tərkib hissəsi. Məsələn: nevropotologiya, nevropsixologiya və s.
Azərbaycan dilinin izahlı lüğəti1. Qarğıdan, qamışdan düzəldilən, nəfəslə çalınan musiqi aləti. □ Sahildə ağ yelkənli qayıqda xidmət edən dəstədən ney səsi ətrafa yayılırdı. (S.Rəhimov).
2. Qamış, qarğı.
3. Qəlyanın, çubuğun, müştüyün ağıza salınan hissəsi, ağızlığı. □ ...qəlyanın neyini əlinə aldı və dodağına yapışdırıb xoruldatdı. (M.İbrahimov).