Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

neştərləmək [neşdərrəməx'] feil

1. Neştərlə deşmək, kəsmək, yarmaq. □ Xan Əsliyə həsrət qoydun Kərəmi; Xəncər alıb neştərlədin yaramı. (Aşıq Kərəm).
2. Sancmaq. □ Arı əlimi neştərlədi.
3. Məcazi mənada: sancmaq, acılamaq. □ ...Səndən söz soruşurlar, ... əvvəlcə cavab ver, sonra başla neştərləməyə. (Ə.Vəliyev).

Azərbaycan dilinin izahlı lüğəti