1. Coğrafiya. Dalğa, kiçik dalğa. □ Dənizdə ləpə gözə dəymirdi.
2. Məcazi mənada: izdiham, insan axını, kütlə. □ Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. (Mir Cəlal).
3. Qüvvətlə təzahür edən şey haqqında. □ ..Mən də məğlub oldum, vətən məhəbbətinin aşıb-coşan ləpəsi məni arxasına aldı. (A.Divanbəyoğlu).
Qoz, fındıq, badam kimi qabıqlı meyvələrin, həmçinin paxlalı bitkilərin içi. □ Badam ləpəsi. Qoz ləpəsi. Paxla ləpəsi.
Botanika. Bitkilərdə rüşeym yarpaqlar.
Azərbaycan dilinin izahlı lüğəti1. Dalğalanmaq. □ Günün axır şəfəqləri ahəstəcəsinə ləpələnən suya düşüb onda xüsusi gözəllik vücuda gətirirdi. (T.Ş.Simurq).
2. Məcazi mənada: dəniz dalğalarını xatırladacaq şəkildə yellənmək, tərpənmək; dalğalanmaq. □ Kəndin kənarındakı əkinlərin başaqları sakit bir dəniz kimi ləpələnirdi. (S.Hüseyn).