Reklam
Reklam

All dictionaries

jurnalistin peşə borcu

Cəmiyyətin ­tə­­­­­ləb­ləri və gözləntiləri ilə əlaqədar ­jur­­­­na­listin professional vəzifə və öh­də­likləri, ­ha­­belə onun bu öhdəlikləri dərk etməsi.

Peşə borcu – peşə etikası siste­mində mühüm kateqoriyalardan biridir və KİV əməkdaşının öz professional fəa­liy­yə­tində şüurlu surətdə əməl etməli olduğu mənəvi-hüquqi qaydaların məcmusundan yaranır; məsələn, Azərbaycan jurna­list­lə­rinin peşə davranışı qaydalarında informasiya mənbələrini qorumaq, əldə etdiyi məlumatların həqiqətə uyğunluğunu yox­lamaq, redaksiya sirrini yaymamaq və s. J.P.B. sayılır.

See also:

Jurnalistika terminləri lüğəti

jurnalistin peşə ləyaqəti

Jurnalistin cə­miyyətdəki mövqeyini və nüfuzunu dərk edərək öz mənəvi və professional key­fiy­yətlərinə verdiyi qiymət.

Jurnalistin peşə prinsiplərinə şəxsi sədaqəti, korrupsiya münasibətlərindən kənar dayanması onun peşə ləyaqətinin əsas göstəri­ci­lərindəndir. J.P.L. – peşə etikası sistemində ən mühüm an­layışlardan biridir; məsələn, Azərbaycan jurnalist­lə­ri­nin peşə davranışı qaydalarına görə, redaksiya tapşırığı qanunlara və peşə əxlaqına zidd olduqda KİV əməkdaşının həmin tap­şırıqdan imtina etmək hüququ var; redaktə zamanı jurna­listin fikirləri təhrif olunubsa, o həmin ma­terialın öz imzası ilə veril­mə­sindən imtina edə bilər və s.

See also:

Jurnalistika terminləri lüğəti

jadeit

fr. jadeite, jade – nefrit

Qələvi monoklinik piroksenlər qrupuna aid mineral.

Adətən rəngsiz, yaşılımtıl, sıx dənəli, gizli kristallik kütlələr əmələ gətirir. Metamorfik süxurlarda tapılır.

Coğrafiya terminləri lüğəti

janr

fr. jenre – tip, növ

Müəyyən məzmun və forma xü­susiyyətlərinə görə tarixən formalaşmış əsər tipi.

İstənilən əsər müəyyən meyar və prinsiplər əsasında bu və ya digər janra aid edilir. Hər bir ədəbi növün (lirik, epik, dramatik) öz klassik janrları vardır. Müəyyən kanonların və bədii eh­kam­ların ciddi gözlənildiyi qədim dövr ədəbiyyatı ilə müqayisədə yeni dövrdə janrlar arasında sərhəd bir qədər yayğın xarakter alır. Müəlliflər klassik janrların müxtəlif modifikasiyalarını yaratmışlar ki, buna janr tipləri də deyilir. Məsələn, dramatik janr olan komediyanın vodevil, fars, operetta kimi növləri yaranmışdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti