yun. photos – işıq + yun. gramma – yazı, təsvir + yun. metreo – ölçürəm
Obyektlərin formasını, ölçülərini, vəziyyətini onların şəkilləri əsasında öyrənən elmi-texniki sahə.
F.-nın bir şöbəsi fotoşəkillərin təhlili əsasında xəritə və planların tərtibi ilə, digər şöbəsi (tətbiqi F.) tikinti, arxeologiya, kriminalistika və s.-də praktik məsələlərin həlli ilə məşğul olur. Fotoşəkillərdən topoqrafik xəritələrin yaradılması üçün istifadə etmək təklifini ilk dəfə XIX əsrin ortalarında fransız geodezisti Dominik Araqo irəli sürüb.
Coğrafiya terminləri lüğətiyun. photos – işıq + lat. planum – müstəvi
Yer səthinin kartoqrafik məqsədlər üçün hazırlanmış dəqiq fotoqrafik planı.
F. xüsusi cihazlarda üfüqi vəziyyətə və eyni miqyasa salınmış fotoşəkilləri deformasiya olunmayan lövhə üzərinə yerləşdirməklə hazırlanır.
See also:
Coğrafiya terminləri lüğətiyun. photos – işıq + yun. topos – yer + yun. grapho – yazıram
Geodeziya elminin xüsusi qaydalar üzrə işlənmiş fotoşəkillər əsasında topoqrafik xəritələr hazırlamaqla məşğul olan sahəsi.
F.-da, əsasən, havadan çəkilmiş aerokosmik şəkillərdən istifadə olunur.
Coğrafiya terminləri lüğətialm. föhn – isti külək
Dağlıq ərazilərdə dağ yamacları ilə dərə arasında təzyiq fərqindən yaranan güclü, isti və quru külək.
Hava yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə tərəf hərəkət edir, yamac üzrə qalxdıqca temperaturu orta hesabla hər 100 m-də 0,5°C aşağı düşür. F., adətən, ilin soyuq dövründə qəflətən əsir, bir gün, nadir hallarda bir neçə gün davam edir. Bu külək Azərbaycanda Böyük və Kiçik Qafqaz dağları, Naxçıvan əraziləri üçün daha səciyyəvidir.
Coğrafiya terminləri lüğətiholl. vracht – ödəmə
1. Nəqliyyatın müxtəlif növləri, xüsusilə dəniz və hava nəqliyyatı vasitəsilə yük, sərnişin daşımasına görə ödənilən yolxərci.
F.-a nəinki yükün, yaxud sərnişinlərin daşınması haqqı, bəzi hallarda müqavilə əsasında yükləmə və boşaltma xərcləri də daxil edilir.
2. Yol xərcləri ödənilmiş nəqliyyat vasitəsilə yük, yaxud sərnişin daşınması.
3. Kirayələnmiş, haqqı ödənilmiş nəqliyyat vasitəsində daşınan yük.
Coğrafiya terminləri lüğətiyun. phryganon – çör-çöp
Quraq iqlim şəraitində parçalanmış dağ yamaclarında bitən, alçaqboylu, adətən, həmişəyaşıl kserofit kol və yarımkollar.
Bu bitki qrupuna xoşətirli bir çox kollar (lavanda, rozmarin, yovşan), qaratikan, ardıc, yulğun və s. daxildir. F. subtropik iqlim qurşağının Aralıq dənizi tipinin hakim olduğu ərazilərdə üstünlük təşkil edir və Balkan, Kiçik Asiya, Krım yarımadalarında, Kipr, Siciliya adalarında geniş yayılıb. Azərbaycanda F.-ya Naxçıvan, Qobustan, Acınohur və Ceyrançöldə, qeyri-münbit torpaqlara malik daşlı dağ yamaclarında daha çox rast gəlinir.
Coğrafiya terminləri lüğətiholl. voet – addım + holl. stok – mərtəbə
1. Dayazlıqların ölçülməsi üçün istifadə edilən və üzərində bölgü olan şüvül.
2. Okeanda, dənizdə, çayda suyun səviyyəsinə nəzarət etmək üçün hər hansı məntəqədə daimi bərkidilmiş şüvül.
Bu şüvülün üzərində dərinliyi dəqiq müəyyənləşdirməyə imkan verən bölgü olur.
Coğrafiya terminləri lüğətilat. futurum – gələcək + yun. logos – elm
Gələcək haqqında, sosial proseslərin perspektivlərinə dair elmi biliklər sahəsi.
Termini 1943-cü ildə alman sosioloqu Osip Flextheym sinfi bölgüdən kənar “gələcəyin fəlsəfəsi” kimi təklif edib. Bu mənada F. Yerin və bəşəriyyətin gələcəyi haqqında təsəvvürlərin məcmusu, geniş konsepsiyadır. Dar mənada isə o, “proqnozlaşdırma” və “proqnostika” terminlərinin sinonimi kimi də işlədilir.
Coğrafiya terminləri lüğəti