Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

miqyas

alm. masstab – ölçü ağacı

Planda və xəritədə hər hansı xəttin uzunluğunun onun reallıqdakı uzunluğuna nisbəti.

M.-lar ədədi, xətti və adlı (izahlı) olur. Ədədi M. – surəti vahiddən, məxrəci təsvirin neçə dəfə kiçildiyini göstərən rəqəmdən ibarət kəsrdir. Xətti M. – gerçək məsafəni hesablamağı asanlaşdırmaq üçün xəritənin (planın) üzərində çəkilmiş ölçü xətkeşidir. Adlı (izahlı) M. isə xəritədə (planda) 1 sm-in reallıqda hansı məsafəyə uyğun olduğunun sözlə ifadəsidir. Bundan əlavə, baş və xüsusi M.-lar fərqləndirilir. Baş M. bütövlükdə xəritənin və onun əsas elementlərinin (məsələn, Yer kürəsinin, ekvatorun) neçə dəfə kiçildiyini nümayiş etdirən rəqəmdir. Xüsusi M. isə xəritə üzərində ən kiçik məsafənin, konkret nöqtənin reallıqla müqayisədə kiçiltmə dərəcəsini əks etdirir. Yerin geoid formaya malik olduğunu və onun kartoqrafik proyeksiyası zamanı istər-istəməz təhriflər yarandığını nəzərə alsaq, baş M.-la xüsusi M. arasındakı fərqin səbəbi aydın olar.

Coğrafiya terminləri lüğəti