Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

uzanmaq [uzammax] feil

1. Üfüqi və hərəkətsiz bir vəziyyət almaq, uzanmış vəziyyət almaq (yatmaq, dincəlmək və ya başqa məqsədlə). □ Divanda uzanmaq. Otun üstündə uzanmaq. Üzüqoylu uzanmaq. Böyrü üstə uzanmaq.

2. Bütün bədəni ilə yerə yıxılmaq, sərilmək. □ Tirtap yerə uzandı.

3. Əlini, başını, ya bütün bədənini bir şeyə və ya bir adama tərəf uzatmaq, özünü qabağa vermək. □ Uzanıb stolun üstündən kitabı götürdü. Uşaq oyuncağı görən kimi ona tərəf uzandı.

4. Uzanıb-gedən sahə haqqında (çox vaxt “uzanıb-getmək” şəklində işlənir); uzun məsafədə sıra ilə, yaxud yan-yana düzülmək. □ Arxa tərəfdən ucsuz-bucaqsız geniş düzənlik uzanıb-gedirdi. (İ.Əfəndiyev).

5. Boy atmaq, boya vermək, böyümək. □ Uşaq bir ildə çox uzanıb.

6. Uzunlaşmaq, çoxalmaq, artmaq; sallanmaq (saç, saqqal, dırnaq və s. haqqında). □ Müəllim belindən aşağı uzanan hörüklərinə diqqət etdi. (S.Hüseyn).

7. Daha uzun olmaq, uzununa artmaq, daha uzun görünmək. □ Axşam düşür, kölgələr uzanır.

8. Bir şeyə tərəf yönəlmək. □ Bizim birliyimiz kəsəcək ancaq; Düyməyə uzanan o barmaqları. (B.Vahabzadə).

9. Daha sürəkli, daha uzun olmaq, yaxud görünmək, bir vaxta qədər, bir müddətədək davam etmək; çox çəkmək, davam etmək. □ Günlər getdikcə uzanır. Mübahisə bir neçə saat uzandı. Ziyafət gecə yarısına qədər uzandı.

10. Məcazi mənada: ləngimək, yubanmaq, təxirə düşmək. □ Məsələnin həlli çox uzandı. İşin icrası bir qədər uzandı.

11. Məcazi mənada: iz buraxaraq uzaqlaşmaq, çəkilmək, getmək. □ Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru uzanmağa başlamışdı. (A.Şaiq).

See also:

frazeologizm: dili uzanmaq frazeologizm: uzanan əli kəsməmək Azərbaycan dilinin izahlı lüğəti

uzatmaq [uzatmax] feil

1. Daha uzun etmək; uzunluğunu, boyunu artırmaq. □ Paltarın ətəyini uzatmaq. İpi bir qədər uzatmaq.

2. Bir şeyi irəliyə doğru hərəkət etdirmək, irəli vermək, bir şeyə, ya bir adama tərəf yaxınlaşdırmaq, yönəltmək, əlini uzadaraq bir şeyi vermək, təqdim, ya təklif etmək. □ Bir papiros çıxarıb yoldaşına uzatdı.
3. Çıxmasına, uzanmasına mane olmamaq; vurdurmamaq, qırxdırmamaq, kəsdirməmək. □ Saçını uzatmaq. Dırnaqlarını uzatmaq.

4. Uzandırmaq, yatırtmaq. □ Kərimin ayağına yağlı xəmir salıb yerə uzadardılar. (H.Sarabski).

5. Vaxtını, müddətini artırmaq, bir işin davam müddətini artırmaq. □ Qəbul saatlarını uzatmaq. Məşğələni yarım saat uzatdılar.

6. Ləngitmək, təxirə salmaq, bir məsələnin, işin həllini, icrasını geriyə atmaq, gecikdirmək, daha gec vaxta keçirmək, lüzumundan artıq davam etdirmək. □ Oyunu uzatmaq. İşi uzatmaq.

7. Artırmaq, yaşatmaq, davam etdirmək. □ Təmiz hava insanın ömrünü uzadar.

8. Uzun danışmaq, uzunçuluq eləmək, danışarkən lazım olmayan təfərrüata yol vermək. □ Sözü uzatmaq. Mətləbi uzatmaq.

See also:

frazeologizm: arı yuvasına çöp soxmaq (uzatmaq) frazeologizm: ayağını yorğanına görə uzatmaq frazeologizm: barmaq uzatmaq frazeologizm: boğaz çəkmək (uzatmaq) frazeologizm: dil uzatmaq frazeologizm: əl uzatmaq frazeologizm: əl uzatsan, çatar (yetər) frazeologizm: əl-ayağını uzatmaq frazeologizm: işi uzatmaq frazeologizm: kömək əli uzatmaq frazeologizm: mətləbi uzatmaq frazeologizm: sözü uzatmaq frazeologizm: vaxtı uzatmaq frazeologizm: yardım əli uzatmaq Azərbaycan dilinin izahlı lüğəti