1. Daha uzun etmək; uzunluğunu, boyunu artırmaq. □ Paltarın ətəyini uzatmaq. İpi bir qədər uzatmaq.
2. Bir şeyi irəliyə doğru hərəkət etdirmək, irəli vermək, bir şeyə, ya bir adama tərəf yaxınlaşdırmaq, yönəltmək, əlini uzadaraq bir şeyi vermək, təqdim, ya təklif etmək. □ Bir papiros çıxarıb yoldaşına uzatdı.
3. Çıxmasına, uzanmasına mane olmamaq; vurdurmamaq, qırxdırmamaq, kəsdirməmək. □ Saçını uzatmaq. Dırnaqlarını uzatmaq.
4. Uzandırmaq, yatırtmaq. □ Kərimin ayağına yağlı xəmir salıb yerə uzadardılar. (H.Sarabski).
5. Vaxtını, müddətini artırmaq, bir işin davam müddətini artırmaq. □ Qəbul saatlarını uzatmaq. Məşğələni yarım saat uzatdılar.
6. Ləngitmək, təxirə salmaq, bir məsələnin, işin həllini, icrasını geriyə atmaq, gecikdirmək, daha gec vaxta keçirmək, lüzumundan artıq davam etdirmək. □ Oyunu uzatmaq. İşi uzatmaq.
7. Artırmaq, yaşatmaq, davam etdirmək. □ Təmiz hava insanın ömrünü uzadar.
8. Uzun danışmaq, uzunçuluq eləmək, danışarkən lazım olmayan təfərrüata yol vermək. □ Sözü uzatmaq. Mətləbi uzatmaq.
Həmçinin bax: