1. Ətrafındakılardan, yanındakılardan və ya yoldaşlarından ayırıb tək qoymaq, təcrid etmək. □ Axırda .. bir-birlərindən ayrı salıb təklədilər. (“Koroğlu”).
2. Tək olmağından istifadə edərək üzərinə atılmaq və ya sıxışdırmaq. □ ..Eşitdim, bala, eşitdim, orda, institutda səni necə təkləyiblər. (Ə.Məmmədxanlı).
3. Təklikdə görüşmək, danışmaq.
1. Qəbul edilmək üçün irəli sürülən fikir. □ ..kimsənin təklifini yerə salmamış, bir neçə gənc oğlanla bərabər oynamışdı. (S.Hüseyn).
2. Başqalarının müzakirəsinə verilən məsələ, onun haqqında irəli sürülən rəy. □ Əjdər gurultunu kəsib, təklifi səsə qoydu.. (S.Rəhimov).
3. Namizəd irəli sürmə. □ Milli Məclisə deputatlığa namizəd haqqında təklif.
4. Bir işi görməyə dəvət etmə; dəvət. □ Açıq süfrə təklif istəməz. (Atalar sözü).
5. Göstəriş, əmr. □ Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb durdum ayağa.. (Ə.Haqverdiyev).
6. Borc, vəzifə. □ Üzərinə təklif düşmək.
1. Ədəb normalarını, nəzakət qaydalarını gözləməyən, hörmət gözləməyən; həyasız, ədəbsiz, sırtıq. □ Təklifsiz adam.
2. Zərf kimi: ədəb normalarını, nəzakət qaydalarını gözləməyən, hörmət gözləməyən; həyasız, ədəbsiz, sırtıq. □ Təklifsiz içəri girmək.
1. Onluqda birinci, ən kiçik say; həmin sayı ifadə edən 1 (bir) rəqəmi.
2. Çoxrəqəmli ədədlərin axırıncı rəqəmi. □ Yüzlük, onluq və təklik.
3. Yalqızlıq, tək olma; tək qalmış adamın halı. □ Bəli! İndi mən təkəm və bu təkliyimlə də fəxr edirəm. (Ə.Haqverdiyev).
4. Əri olmayan arvadın və ya arvadı olmayan kişinin halı; dulluq, ərsizlik və ya arvadsızlıq. □ ..əri öləndən bəri təkliyin ağrısını getdikcə daha çox duyurdu. (M.Hüseyn).
5. Bir manat dəyərində olan pul; birmanatlıq, manatlıq. □ ..Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi, oturdu və cibindən bir beşlik və iki təklik çıxarıb qoydu Xudayar bəyin qabağına. (C.Məmmədquluzadə).