1. Onluqda birinci, ən kiçik say; həmin sayı ifadə edən 1 (bir) rəqəmi.
2. Çoxrəqəmli ədədlərin axırıncı rəqəmi. □ Yüzlük, onluq və təklik.
3. Yalqızlıq, tək olma; tək qalmış adamın halı. □ Bəli! İndi mən təkəm və bu təkliyimlə də fəxr edirəm. (Ə.Haqverdiyev).
4. Əri olmayan arvadın və ya arvadı olmayan kişinin halı; dulluq, ərsizlik və ya arvadsızlıq. □ ..əri öləndən bəri təkliyin ağrısını getdikcə daha çox duyurdu. (M.Hüseyn).
5. Bir manat dəyərində olan pul; birmanatlıq, manatlıq. □ ..Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi, oturdu və cibindən bir beşlik və iki təklik çıxarıb qoydu Xudayar bəyin qabağına. (C.Məmmədquluzadə).