Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sləş [sləş] isim ing. slash

Maili xətt, kəsr işarəsi (/). □ Kodlaşdırmada sləşdən istifadə.

Azərbaycan dilinin izahlı lüğəti

sloqan [sloqan] isim ing. slogan < to slog – güclü vurğulamaq

Hər hansı şirkətin qısa, yaddaqalan cümlədən ibarət devizi; reklam və təqdimat şüarı. □ Şirkətin sloqanı.

Azərbaycan dilinin izahlı lüğəti

smartfon [smartfon] isim ing. smart + phone – ağıllı telefon

Həm mobil rabitə, həm də cib kompüteri kimi işlədilən portativ elektron cihaz. □ Smartfon telefon.

Azərbaycan dilinin izahlı lüğəti

SMS [es-em-es] abreviatura ing. SMS – Short Message Serviceabr. qısa mesaj xidməti

Mobil rabitə sistemində geniş yayılmış, qısa mesajlar ötürməyə xidmət edən texnologiya. □ Mobil telefon istifadəçiləri SMS vasitəsilə bir-birinə 160 işarədən çox olmayan yazılı mesajlar göndərə bilirlər.

Azərbaycan dilinin izahlı lüğəti

solyari [salyari] isim lat. solarium < sol – günəş

Günəş vannası qəbul etmək üçün xüsusi təchiz olunmuş meydança. □ Solyaridə uzanmaq.

Azərbaycan dilinin izahlı lüğəti

sosial [sosyal] sifət lat. socialis – ictimai

İctimai həyata, ictimai quruluşa və ictimai münasibətlərə aid olan. □ Sosial həyat.

See also:

jurnalistika: sosial jurnalistika jurnalistika: sosial media jurnalistika: sosial məsuliyyət jurnalistika: sosial məsuliyyət nəzəriyyəsi jurnalistika: sosial rəqəmsal paket jurnalistika: sosial reklam jurnalistika: sosial sifariş jurnalistika: sosial şəbəkə jurnalistika: sosial teleradio yayımı jurnalistika: sosial yayım jurnalistika: sosial status Azərbaycan dilinin izahlı lüğəti

sosiologiya [sosyalogiya] isim lat. societas – cəmiyyət, mühit + ...logiya

Cəmiyyət və sosial sistemlər haqqında elm. □ Sosiologiya müxtəlif sosial hadisələrin qarşılıqlı əlaqəsini və insanların sosial davranışının ümumi qanunauyğunluğunu öyrənir.

See also:

jurnalistika: jurnalistikanın sosiologiyası Azərbaycan dilinin izahlı lüğəti

sosium [sosiyum] isim lat. socium – ümumilik, birgəlik

Müəyyən tipli insan birliyi, cəmiyyətin sosial qrupları. □ Sosiumun ən yüksək forması bütöv sosial sistem olan cəmiyyətdir.

Azərbaycan dilinin izahlı lüğəti

spagetti [spagetdi] isim ital. spaghetti < spago – ip, bağ

Bütöv, bölünmədən bişirilən və müxtəlif ədviyyatlarla yeyilən nazik, uzun formalı makaron növü. □ İtalyan spagettisi.

Azərbaycan dilinin izahlı lüğəti

spam [spam] isim ing. spam – vaxtilə həddən artıq reklam olunan SPiced hAM – “ədviyyatlı donuz əti” markasının adından

İstifadəçinin razılığı olmadan şəbəkə vasitəsilə elektron poçtuna göndərilən reklam xarakterli məlumatlar. □ Spam işarəsi.

Azərbaycan dilinin izahlı lüğəti

spektr [spek'tr] isim lat. spectrum – görünmə, xəyal

1. Fizika. Hər hansı fiziki kəmiyyətin (adətən, enerji, tezlik və ya kütlə) paylanma sıxlığı. □ “Spektr” terminini elmə İsaak Nyuton gətirmişdir.

2. Müxtəliflik, rəngarənglik, bir şeyin diapazonu. □ Yaradıcılığın geniş spektri.

Azərbaycan dilinin izahlı lüğəti

spesifika [spesifik'a] isim lat. specificus – müəyyən edən, görünüş

Özünəməxsusluq, özəllik; istisnasız olaraq yalnız hansısa əşya, proses və ya təzahürə xas olan əlamətlərin məcmusu. □ Kinonun spesifikası.

Azərbaycan dilinin izahlı lüğəti

spiker [spiker] isim ing. speaker < speak – danışmaq

1. Bəzi ölkələrdə parlament və ya palata sədri. □ Milli Məclisin spikeri.

2. Konfrans, debat və s. toplantılarda əsas məruzəni təqdim edən natiq. □ Spikerin işarəsi.

3. Boks yarışında hakimlərin qərarını tamaşaçılara bildirən hakim.

Azərbaycan dilinin izahlı lüğəti

sponsor [sponsor] isim ing. sponsor < lat. spondeo – qarantiya verirəm, zamin dururam

Hansısa ideya və layihənin gerçəkləşməsini himayə edən, onu maliyyələşdirən şəxs və ya qurum. □ Xeyriyyəçidən fərqli olaraq sponsor maliyyələşdirdiyi layihədə müəyyən maraq güdür: məhsulunu reklam edir, imicini qaldırır, reytinqini yüksəldir və s.

See also:

jurnalistika: baş sponsor jurnalistika: eksklüziv sponsor jurnalistika: əsas sponsor jurnalistika: qismən sponsorluq jurnalistika: sponsor reklamı jurnalistika: texniki sponsor Azərbaycan dilinin izahlı lüğəti