Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

əsas sponsor

Media məhsulunun isteh­salı, media layihəsinin həyata keçirilməsi üçün lazımi maliyyə vəsaitinin və (və ya) digər maddi vəsaitin əksər hissəsini könül­lü olaraq ayıran şəxs, müəssisə, təşkilat.

Layi­hənin Ə.S.-unun (baş sponsor) ol­ması onun daha kiçik həcmlərdə digər sponsorlar tə­rəfindən dəstəklənməsini istisna et­mir. Ə.S.-la bağlanmış müqavilədə onun layi­həyə ayırdığı vəsaitin həcmi (adətən, bu həcm büdcənin 75%-dən az olmur), digər sponsorla müqayisədə üstün hü­quqları (məh­sulun üzərində loqotip və ticarət markasını yerləşdirmək, tədbirin açılışında və bağlanışında çıxış etmək və s.) öz əksini tapır. Bəzi hallarda hazır məhsula müəlliflik hüquqları müəyyən dərəcədə Ə.S.-a da şamil edilə bilər.

Jurnalistika terminləri lüğəti