Hüquq. Hər hansı dövlət və ya hökumət nümayəndəsi tərəfindən imzalanmış beynəlxalq müqavilənin və ya sənədin dövlət hakimiyyətinin ali qanunverici orqanında təsdiq olunması. □ Ratifikasiya etmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Hüquq. Məhkəmə qərarı əsasında, yaxud inzibati qaydada hüquqların bərpa edilməsi, bəraət verilməsi. □ Reabilitasiya almaq.
2. Tibb. Xəstəlik keçirmiş şəxslərin sağlamlığının və əmək fəaliyyətinin bərpasına yönəldilmiş tədbirlər kompleksi. □ Əlillərin reabilitasiyası mərkəzi.
3. Məcazi mənada: adın təmizə çıxarılması, əvvəlki nüfuzun bərpası. □ Mənəvi reabilitasiya.
See also:
1. Kimya. Başqa maddə ilə birləşəndə xüsusi reaksiya əmələ gətirən və bununla da onun tərkibini müəyyənləşdirməyə imkan verən maddə. □ Qeyri-üzvi reaktiv.
2. Fizika. Sifət kimi: qaz, buxar və s.-nin yaratdığı qüvvədən istifadə edən, həmin qüvvəyə əsaslanan (mexanizm). □ Reaktiv təyyarə.
Azərbaycan dilinin izahlı lüğəti1. Müəyyən bir mövzuda yazılmış yığcam məruzə. □ Referatda mövzunun əsas müddəalarının qısa şərhi ilə yanaşı, həmin sahəyə dair müvafiq ədəbiyyat və mənbələrin xülasəsi də əks etdirilir.
2. Elmi işin, dissertasiyanın, kitabın və s.-nin qısa məzmunu, avtoreferat. □ Dissertasiyanın referatı.
Azərbaycan dilinin izahlı lüğəti1. Biologiya. Orqanizmin itirilmiş və zədələnmiş üzvlərini və toxumaları bərpa etməsi (məs.: kərtənkələlərdə). □ Regenerasiya prosesi.
2. İqtisadiyyat. Tökmə istehsalatında: istifadə olunmuş qəlib qarışığının (qəlib qumu dənələrini bərpa etmək və onların səthi aktivliyini artırmaq məqsədilə) xüsusi aparatlarda emalı.
3. Elektrotexnika. İstilik texnikasında: sistemdən çıxan qazvarı yanma məhsullarının istiliyindən sistemə daxil olan yanacaq, hava və ya qarışıqları qızdırmaq üçün istifadə edilməsi.
4. İnformatika. Hesablama texnikasında: EHM-in yaddaş qurğusunda informasiyanın oxunduqdan sonra da orada saxlanması üçün yenidən yazılması. □ İnformasiyanın regenerasiyası.
Azərbaycan dilinin izahlı lüğətiMüəyyən əraziyə (rayona, vilayətə, ölkəyə, ölkələr qrupuna) aid olan.
See also:
1. Siyahı, qeydiyyat kitabı. □ Registr kitabı.
2. Musiqi. Musiqi alətinin, yaxud müğənninin səsinin güc və yüksəklik dərəcəsi. □ Aşağı registr.
3. Musiqi. Müxtəlif köklü, lakin eyni tembrli boru (orqanda), sim (klavesində), yaxud dillərdən (akkordeon, qarmon və s.) ibarət qrup.
4. İnformatika. Hesablama texnikasında: birmərtəbəli yaddaş elementlərindən nizamlı şəkildə qurulmuş, idarəolunan girişlərə və çıxışlara malik çoxmərtəbəli qurğu.
See also: