lat. registrum – siyahı, sadalama + yun. tonos – qaldırma
Dəniz gəmilərinin yük tutumunun şərti ölçü vahidi.
1 R.T. 2,83 m3-ə bərabərdir. Brutto R.T. – gəminin bütün həcminin, netto R.T. isə yaşayış, məişət və gəmi maşınlarının tutduğu sahəni çıxmaq şərti ilə gəminin həcminin göstəricisidir. Gəminin daxilindəki həcmlərin tonlarla hesablanmış ümumi tutumuna tonnaj deyilir.
Coğrafiya terminləri lüğəti