1. Partlama nəticəsində hissələrə ayrılmaq, parçalanmaq, xıncım-xıncım olmaq, qəlpələnmək. □ Bomba partladı. Körpü minadan partladı.
2. Açılmaq (silah haqqında). □ Tapança partlar, Əşrəfin sol qolu yaralanar. (H.Cavid).
3. Deşilmək, cırılmaq (içi hava ilə dolu və ya boş şeylər haqqında). □ Futbol topu partladı.
4. Çatlamaq, üzərində çatlaqlar əmələ gəlmək, cadar-cadar olmaq, parçalanmaq (bir şeyin qabığı, səthi, üzü). □ Dodaq cadar-cadar olub partlayırdı. (S.Rəhimov).
5. Məcazi mənada: adətən “hirsindən”, “acığından” və s. sözlərlə –bərk hirslənmək, coşmaq, acıqlanmaq, qəzəblənmək. □ Sarı Musa acığından partlayırdı. (A.Şaiq).
6. Məcazi mənada: parçalanmaq (ürək haqqında). □ Bu qara xəbərdən partlayır ürək; Getmir boğazımdan nə su, nə çörək. (S.Rüstəm).
7. Məcazi mənada: hirsindən özünü saxlaya bilməyib demək. □ Cavan gəlin partlayıb bir sual verdi... (S.Rəhimov).
8. Məcazi mənada: paxıllıq etmək, dargözlük etmək, gözü götürməmək, acıq çəkmək. □ Camaatımız dargözdür, biri irəli gedəndə partlayırlar, ağızlarına nə gəldi deyirlər. (M.İbrahimov).
See also:
1. Partlayış nəticəsində dağıtmaq, parçalamaq; partlayış əmələ gətirib dağıtmaq, məhv etmək.
Dağı partlatmaq. Düşmən gəmisini partlatmaq.
2. Məcazi mənada: güllə ilə vurub öldürmək. □ Qol qoy, yoxsa partladaram səni! (Ü.Hacıbəyli).
3. Partlamasına səbəb olmaq (şin və s. haqqında). □ Şini partlatmaq. Voleybol topunu partlatmaq.
4. Yarıq-yarıq etmək, üzərində dərin çatlar əmələ gətirmək; çatlatmaq. □ Şaxta dərisini partlatdı. Yağış narları partlatdı.
5. Məcazi mənada: daxili əzab vermək, incitmək, üzüntü vermək (adətən “ürəyini”, “başını” sözləri ilə). □ Haqsızlıq adamı partladır.
See also:
1. Partlama işi; partlama. □ Mərminin partlayışı. Bomba partlayışı.
2. Fəlsəfə. Hər hansı bir hadisənin, antaqonistik ziddiyyət əsasında köhnə keyfiyyətdən yeni keyfiyyətə sıçrayışvarı keçməsi formalarından biri.
3. Dilçilik. Səsləri tələffüz edərkən qapanmış nitq üzvlərinin aralanması nəticəsində hava axınının ani olaraq çıxması.
4. Məcazi mənada: baş vermə, həyata keçmə; olma. □ İnqilabi partlayış.
See also:
1. Havada və suda oksidləşmə nəticəsində dəmirin üzərində əmələgələn qırmızı-qonur nazik təbəqə; paxır, cəng. □ Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş... fəhlələr yavaş-yavaş işə başlayır... (M.İbrahimov).
2. Məcazi mənada: obrazlı təşbehlərdə paxır, cəng. □ Çəkərəm hər zaman yası; Silinməz könlümün pası. (Aşıq Kərəm).
3. Bitkinin (əsasən yarpaq və gövdəsinin) üzərində tüfeyli göbələklər olan yerdə əmələ gələn sarı-narıncı rəngli ləkə.
4. Məcazi mənada: eyib, nöqsan, ləkə.
5. “Bir” sözü ilə – bir müddət, bir vaxt. □...gecədən də bir pas keçəndən sonra xalxala gətirərdi. (“Koroğlu”).
Oyunda növbəni buraxmaq (“məndən keçdi” mənasında).
Topu bir-birinə ötürmə.
See also:
1. Klassik ədəbiyyatda qarovulçu, qoruyucu, keşikçi, nəzarətçi mənalarında işlənmişdir. □ Vardı Bozlar adında bir köpəyi; Qoyunun pasibanı, həm köməyi. (S.Ə.Şirvani).
2. Məcazi mənada: klassik ədəbiyyatda hami, himayəçi mənalarında işlənmişdir. □ Yox... mən əmim qızının pasibanıyam. (C.Cabbarlı).
Azərbaycan dilinin izahlı lüğəti