1. Partlama nəticəsində hissələrə ayrılmaq, parçalanmaq, xıncım-xıncım olmaq, qəlpələnmək. □ Bomba partladı. Körpü minadan partladı.
2. Açılmaq (silah haqqında). □ Tapança partlar, Əşrəfin sol qolu yaralanar. (H.Cavid).
3. Deşilmək, cırılmaq (içi hava ilə dolu və ya boş şeylər haqqında). □ Futbol topu partladı.
4. Çatlamaq, üzərində çatlaqlar əmələ gəlmək, cadar-cadar olmaq, parçalanmaq (bir şeyin qabığı, səthi, üzü). □ Dodaq cadar-cadar olub partlayırdı. (S.Rəhimov).
5. Məcazi mənada: adətən “hirsindən”, “acığından” və s. sözlərlə –bərk hirslənmək, coşmaq, acıqlanmaq, qəzəblənmək. □ Sarı Musa acığından partlayırdı. (A.Şaiq).
6. Məcazi mənada: parçalanmaq (ürək haqqında). □ Bu qara xəbərdən partlayır ürək; Getmir boğazımdan nə su, nə çörək. (S.Rüstəm).
7. Məcazi mənada: hirsindən özünü saxlaya bilməyib demək. □ Cavan gəlin partlayıb bir sual verdi... (S.Rəhimov).
8. Məcazi mənada: paxıllıq etmək, dargözlük etmək, gözü götürməmək, acıq çəkmək. □ Camaatımız dargözdür, biri irəli gedəndə partlayırlar, ağızlarına nə gəldi deyirlər. (M.İbrahimov).
Həmçinin bax: