1. Parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq; bütöv bir şeyi kəsmək, bölmək. □ Kağızı parçalamaq. Əti parçalamaq.
2. Məcazi mənada: parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq; bütöv bir şeyi kəsmək, bölmək. □...uzaqdan-uzağa alman əsgərini görəndə...onu dırnaqları ilə parçalamaq istəyirdi. (M.Hüseyn).
3. Dişi ilə kəsik-kəsik etmək, parça-parça etmək, dağıdıb tökmək, öldürmək. □ Canavar qoyunu parçalamışdı.
4. Məcazi mənada: dişi ilə kəsik-kəsik etmək, parça-parça etmək, dağıdıb tökmək, öldürmək. □ İncə bir riqqət Rübabənin könlünü parçaladı. (Mir Cəlal).
5. Bir neçə hissəyə ayırmaq, bölmək.
6. Tərkib hissələrinə, elementlərinə ayırmaq. □ Kimyəvi reaksiya nəticəsində suyu parçalamaq.
See also:
1. Parça-parça edilmək, tikə-tikə doğranıb, kəsilib paralanmaq; doğranmaq; kəsilmək, bölünmək.
2. Dişi ilə kəsik-kəsik edilmək, parça-parça edilmək, dağıdılıb tökülmək, öldürülmək.
3. Parça-parça olmaq, tikə-tikə olmaq; sınaraq, paralanaraq bütövlüyünü itirmək, dağılmaq. □ Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş,... dərin oyuqlar açılmışdı. (B.Bayramov).
4. Məcazi mənada: parça-parça olmaq, tikə-tikə olmaq; sınaraq, paralanaraq bütövlüyünü itirmək, dağılmaq. □ Bir zülmkar dəmir qəfəs; Boğulacaq ömrüm yazıq; Parçalandı dərdli könlüm; Parçalandı sənsiz artıq. (Ə.Cavad).
5. Hissələrinə, elementlərinə ayrılmaq. □ Radium, uran və toriumun atomları öz-özünə parçalanır.
6. Sınmaq, qırılmaq, para-para olmaq, tikə-tikə olmaq. □ Fincan yerə düşüb islanmış palçıq kimi parçalandı. (Mir Cəlal).
Azərbaycan dilinin izahlı lüğəti1. Sınıq-sınıq, xıncım-xıncım, tikə-tikə; cırıq-cırıq, doğram-doğram. □ İri güzgü sıçrayıb yerə düşdü və parça-parça oldu. (S.Rəhman).
2. Sifət kimi: sınıq-sınıq, xıncım-xıncım, tikə-tikə; cırıq-cırıq, doğram-doğram.
See also:
1. Üstünü bir şeylə sürtərək parıldatmaq, hamarladıb işıldatmaq; cilalanmaq. □ Stollar pardaqlandı. Dəri pardaqlandı.
2. Qəşəngləşmək, gözəlləşmək, təravətlənmək, çiçək kimi açılmaq. □ ...gündən-günə tənək zoğu kimi boy atır, pardaqlanır, qızılgül kimi açılırdı. (Mir Cəlal).
Azərbaycan dilinin izahlı lüğəti