1. Parça-parça edilmək, tikə-tikə doğranıb, kəsilib paralanmaq; doğranmaq; kəsilmək, bölünmək.
2. Dişi ilə kəsik-kəsik edilmək, parça-parça edilmək, dağıdılıb tökülmək, öldürülmək.
3. Parça-parça olmaq, tikə-tikə olmaq; sınaraq, paralanaraq bütövlüyünü itirmək, dağılmaq. □ Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş,... dərin oyuqlar açılmışdı. (B.Bayramov).
4. Məcazi mənada: parça-parça olmaq, tikə-tikə olmaq; sınaraq, paralanaraq bütövlüyünü itirmək, dağılmaq. □ Bir zülmkar dəmir qəfəs; Boğulacaq ömrüm yazıq; Parçalandı dərdli könlüm; Parçalandı sənsiz artıq. (Ə.Cavad).
5. Hissələrinə, elementlərinə ayrılmaq. □ Radium, uran və toriumun atomları öz-özünə parçalanır.
6. Sınmaq, qırılmaq, para-para olmaq, tikə-tikə olmaq. □ Fincan yerə düşüb islanmış palçıq kimi parçalandı. (Mir Cəlal).
Azərbaycan dilinin izahlı lüğəti