1. Parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq; bütöv bir şeyi kəsmək, bölmək. □ Kağızı parçalamaq. Əti parçalamaq.
2. Məcazi mənada: parça-parça etmək, tikə-tikə doğrayıb, kəsib paralamaq; doğramaq; bütöv bir şeyi kəsmək, bölmək. □...uzaqdan-uzağa alman əsgərini görəndə...onu dırnaqları ilə parçalamaq istəyirdi. (M.Hüseyn).
3. Dişi ilə kəsik-kəsik etmək, parça-parça etmək, dağıdıb tökmək, öldürmək. □ Canavar qoyunu parçalamışdı.
4. Məcazi mənada: dişi ilə kəsik-kəsik etmək, parça-parça etmək, dağıdıb tökmək, öldürmək. □ İncə bir riqqət Rübabənin könlünü parçaladı. (Mir Cəlal).
5. Bir neçə hissəyə ayırmaq, bölmək.
6. Tərkib hissələrinə, elementlərinə ayırmaq. □ Kimyəvi reaksiya nəticəsində suyu parçalamaq.
See also: